Nyu-Yorkda Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş keçirildi
Nyu-Yorkda Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş keçirildi

Nyu-Yorkda, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən görüşdə Azərbaycan və Ermənitan nümayəndələri danışıqların davam etməsi barədə razılaşdılar.

Tərəflər arasında növbəti görüş oktyabr ayında keçiriləcək.

Bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

3- saatlıq danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirildi.

Görüş zamanı tərəflər münaqişənin tənzimlənməsi və regionda sülhün təmin edilməsi baxımından bir-biri ilə fikir mübadiləsi apardılar.