Nyu Yorkda atəş açılması nəticəsində üç nəfər yaralanıb

16:25, 09.08.2025

Nyu Yorkda, “Times Square”də atəş açılması nəticəsində üç nəfər yaralanıb.

Bu barədə məlumatı “Reuters” yayır.

Hadisə yerli vaxtla saat 01:20-da baş verib.

“Reuters” Nyu York polisinə istinadən bildirir ki, bir nəfər saxlanılıb və sorğu-sual olunur.

Nyu York polisi hələlik digər təfərrüatlar barədə şərh verməyib.

Oxşar