Nyu-York hakimi Trampın cinayət işi üzrə məhkəmə prosesini noyabrın 19-na qədər dayandırıb

19:45, 12.11.2024

 

Nyu-York hakimi Donald Trampın cinayət işi üzrə məhkəmə prosesini dayandırıb.

Bu barədə “Reuters” yazır.

Söhbət porno ulduz Stormi Danielsə susmaq müqabilində pul ödəməsi işindən gedir.

Noyabrın 5-də ABŞ-ın prezident seçkilərində Donald Trampın qələbəsi və 2025-ci ilin yanvarında andiçmə mərasimi ilə əlaqədar prokurorlar Nyu-Yorkun hakimi Xuan Merçandan prosesi dayandırmağı xahiş ediblər.

Prokurorların dediyinə görə, Tramp hakim ofisindən prosesin dayandırılmasına razılıq verməsini istəyib. Hakim Xuan Merçan iş üzrə bütün prosesi noyabrın 19-dək dayandırıb.

Oxşar