Noyabrın 26-da Gürcüstan Parlament Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq
Gürcüstan parlamentinin yaydığı məlumata əsasən, cari ilin noyabrın 26-dan ləğv olunana qədər Gürcüstan parlamentinin sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq, ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır.
Yayılan məlumatda deyildiyi kimi, planlaşdırılan parlament tədbirlərinə yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq.
“Gürcüstan Parlament Sarayında təhlükəsizliyin müdafiəsi qaydasının təsdiq edilməsi haqqında” Gürcüstan parlamentinin sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 əmrinə uyğun olaraq, cari ilin noyabrın 26-dan ləğv olunana qədər Gürcüstan parlamentinin sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılır. Planlaşdırılan parlament tədbirlərinə (o cümlədən komitə və plenar iclaslar daxil olmaqla) yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər buraxılacaq. Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan ikidən artıq akkreditə olunmuş televiziya yayımçıları qrupunun/telemedia vasitələrinin binaya buraxılmasına icazə verilməyəcək. Sözügedən tədbirin məqsədi Gürcüstan Parlament Sarayında iş və təhlükəsiz mühitin təmin edilməsidir”, – yayılan məlumatda deyilib.