Milli Ətraf Mühit Agentliyi Gürcüstanda noyabrın 8-10-da gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozlarına görə, noyabrın 11-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək.
“Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +21, +23 dərəcə qeydə alınacaq.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) isti və yağmursuz olacaq. Havanın temperaturu gündüz +21, +23 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +23, +25 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) yağışsız hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcə qeydə alınacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +22, +24 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) əsasən yağmursuz hava gözlənilir. Gün ərzində havanın temperaturu +13, +18 dərəcə qeydə alınacaq”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.