Norveçin Xarici İşlər Naziri - Gürcüstanda dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiqindən narahatam, biz gürcü xalqının Avropaya can atmasını dəstəkləyirik
Norveçin Xarici İşlər Naziri - Gürcüstanda dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiqindən narahatam, biz gürcü xalqının Avropaya can atmasını dəstəkləyirik

Gürcüstanda dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiqindən narahatam, biz gürcü xalqının Avropaya can atmasını dəstəkləyirik, – bu barədə Norveçin xarici işlər naziri Espen Bart Aide sosial şəbəkədə yazıb.

Onun sdediyinə görə, Avropa İttifaqına üzv olmaq üçün danışıqlar demokratik islahatın əsas mexanizmidir.

“Gürcüstanda dinc nümayişçilərə və jurnalistlərə qarşı güc tətbiq edilməsi ilə bağlı xəbərlərdən çox narahatam. Demokratik islahatın əsas mexanizmi olan Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaq üçün Gürcüstan hökumətinin qərarlarına görə məyusam. Biz gürcü xalqının Avropaya can atmasını dəstəkləyirik”, – Norveçin xarici işlər naziri sosial şəbəkədə yazır.