Norveçdə məsciddə atəş nəticəsində bir nəfər xəsarət aldı
Norveçdə məsciddə atəş nəticəsində bir nəfər xəsarət aldı

Norveçdə məsciddə baş verən atəş nəticəsində bir nəfər xəsarət aldı. Bu barədə məlumatı “BBC” yayır. Böyük Britaniyanın İctimai Yayımçısının məlumatına görə, hücum paytaxt Oslonun həndvərində, Al-Nuri İslam Mərkəzində baş verdi. Polisin gəlməsinə qədər, hücumçunu məsciddə olanlar tərksilah etdilər.

Şübhəlini polis hadisə yerindəcə yaxaladı. Onun kimliyi hələlik müəyyənləşdirilməyib. Hücumçunun həmfikirlisi yox idi.