Norveç Silahlı Qüvvələrinin rəhbəri Ukraynada davam edən müharibədə 180 min rus və 100 min ukraynalı hərbçinin öldüyünü və ya yaralandığını açıqlayır

13:11, 23.01.2023

 

Norveç Silahlı Qüvvələrinin rəhbəri Eirik Kristoffersen Ukraynada davam edən müharibədə 180 min rus hərbçinin həlak olması və ya yaralandığını açıqlayır.

Norveç ordusunun rəhbəri Norveçin “Teve 2” televiziya şirkətinə müsahibəsində həmçinin qeyd edib ki, müharibədə 100 min ukraynalı hərbçi həlak olub və ya yaralanıb.

Eirik Kristoffersen Ukraynada müharibədə 30 minə yaxın dinc sakinin həlak olduğunu bildirib. Eyni zamanda Kristoffersen qeyd edib ki, Rusiyanın daha çox silah istehsal etmək, öz anbarlarından texnika götürmək və daha çox insanı səfərbər etmək imkanı var.

Norveç ordusunun rəhbəri həmçinin Ukraynaya hücuma keçmək və işğal olunmuş əraziləri qaytarmaq üçün tanklar lazım olduğunu bildirib.

Oxşar