Norveç səfirliyi – yeddi qeyri-hökumət təşkilatının bank hesablarının dondurulması demokratiyanın pozulmasına doğru atılmış növbəti addımdır
Norveç səfirliyi – yeddi qeyri-hökumət təşkilatının bank hesablarının dondurulması demokratiyanın pozulmasına doğru atılmış növbəti addımdır

Gürcüstandakı Norveç səfirliyi prokurorluqda aparılan istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesablarının dondurulmasına münasibət bildirir.

Səfirliyin yazdığına görə, bu, demokratiyanın pozulmasına doğru atılmış növbəti addımdır.

“Yeddi qeyri-hökumət təşkilatının bank hesablarının dondurulması Gürcüstanda demokratiyanın pozulmasına doğru atılan növbəti addımdır və bu təşkilatların göstərdiyi mühüm xidmətlərdən yararlanan bütün vətəndaşlara ciddi zərbədir,” – deyə Norveç səfirliyi yazır.

Prokurorluqda aparılan istintaq çərçivəsində bir neçə qeyri-hökumət təşkilatının bank hesabları dondurulub. Prokurorluğun məlumatına görə, söhbət sabotaj, ağırlaşdırıcı şəraitdə sabotaj cəhdləri, xarici təşkilatlara və xarici nəzarət altında olan təşkilatlara düşmən fəaliyyətində yardım göstərilməsi, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizlik əsaslarına qarşı yönəlmiş fəaliyyət üçün maliyyə vəsaitlərinin səfərbər edilməsi ilə bağlı istintaqdan gedir. Prokurorluğun məlumatına görə, istintaq nəticəsində müəyyən edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakı hərəkətlər törədən aksiya iştirakçılarının xüsusi vasitələrlə təchizatı koordinasiyalı şəkildə həyata keçirilirdi və bu, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına baş verirdi.