Normandiya sammiti nəticələri - liderlər nəyə razılaşdılar
Normandiya sammiti nəticələri - liderlər nəyə razılaşdılar

Normandiya sammiti başa çatdı. Fransa prezidenti, Emmanuel Makron sammiti səmərəli adlandırdı.

Dördtərəfli görüşün başa çatmasından sonra Parisin üçmüddəalı kommunikesi dərc olundu. Burada sammitdə iştirak edən tərəflər, Ukrayna məsələsinə dair bir razılığa gədilər. O cümlədən münaqişə zonasında durumun sabitləşdirilməsi üçün tədbirlərin dönmədən qəbul olunması, qüvvələrin uzaqlaşdırılması məqsədi ilə əlavə üç məntəqənin yaradılması barəsində. Həmçinin söhbət münaqişə nəticəsində yaxalanan şəxslərin “hamı-hamıya” prinsipi ilə mübadiləsinə aiddir.

Liderlər həmçinin Xarici İşlər nazirlərinə və siyasi məsləhətçilərə müraciət edirlər ki, nail olunmuş razılıqların reallaşdırılmasını təmin etsinlər.

Tərəflər razılaşdılar ki, eyni formatda növbəti görüşü ən yaxın dörd ayda keçirsinlər.