Ninia Kakabadze - Bugünki vəziyyəti nəzərə alaraq, deyə bilərəm ki, İctimai Yayımçının əməkdaşlarının aldıqları maaşlar məqbuldur
Ninia Kakabadze - Bugünki vəziyyəti nəzərə alaraq, deyə bilərəm ki, İctimai Yayımçının əməkdaşlarının aldıqları maaşlar məqbuldur

İctimai Yayımçının menecmentindən tələb etdiyim məlumatı aldım, ancaq fərqli formada, – bu barədə bəyanatı İctimai Yayımçının Qəyyumlar Şurasının üzvü Ninia Kakabazde Qəyyumlar Şurasının iclası başa çatandan sonra verdi.

Ninia Kakabadze qeyd etdi ki, tələb etdiyi məlumatı aldı.

“Tələb etdiyim məlumatı sənədləşdirilmiş formada deyil, şifahi formada aldım, ona görə də analiz etməm üçün müəyyən vaxt lazım ola bilərdi və vəziyyəti tam şəkildə dərk edə bilmədim, çünki bu çox çətindir. Ancaq tələb etdiyim məlumatı aldım” – dedi Ninia Kakabadze.

Onun dediyinə görə, konkret rəqəmlərlə bağlı gözləntiləri yox idi, ancaq yenə də, müəyyən detallar haqqında başqa cür düşünürdü.

“Mən heç yerdə deməmişəm ki, konkret rəqəmlərlə bağlı gözləntilərim var, ancaq bəzi detallar haqqında başqa cür düşünürdüm və fərqli olduğunu gördüm. Təəsüf ki, bu haqda çox danışmaq imkanım yoxdur. Mən istəyərdim ki, hər bir əməkdaşın daha artıq maaşı olsun. Bundan öncəki menecment şəraitində kimin necə maaşları olduğunu bilmirəm, ona görə də, müqayisə edə bilməyəcəm, ancaq düşünürəm ki, bugünki vəziyyətdən irəli gələrək, Yayımçının əməkdaşlarının maaşı yetəri qədər məqbuldur” – dedi Ninia Kakabadze.