Nikos Anastasiadis Kiprdə keçirilən prezident seçkilərində qalib gəlib

19:51, 05.02.2018

Kiprin hazırkı prezidenti Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Bu barədə ölkənin DİN-i səslərin 100 faizinin hesablanmasından sonra bildirib. Seçicilərin fəallığı 73,97 faiz təşkil edib.

Xatırladaq ki, Kiprin yeni prezidentinin adı rəsmən saat 22:00-da “Tassos Papadopulos” stadionunda keçiriləcək mərasimdə elan ediləcək. Yeni dövlət başçısı öz vəzifələrinin icrasına fevralın 28-də başlayacaq.

Oxşar