Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanadan çıxıb. Fransa mediasının məlumatına görə, Sarkozi Parisdəki “La Santé” həbsxanasını tərk edib və avtomobillə həyat yoldaşı ilə birlikdə evinə gedib.
Bununla yanaşı, bu gün Paris Apellyasiya Məhkəməsinə videomüraciəti zamanı Sarkozi bildirib ki, həbsxanada keçirdiyi üç həftə onun üçün “yorucu” və “kabus” olub.
Məlumat üçün bildirək ki, Paris məhkəməsi sabiq Fransa prezidentinin həbsdən vaxtından əvvəl azadlığa buraxılması tələbini təmin edib. Fransa mediasının məlumatına görə, Sarkozi məhkəmənin qərarı ilə “məhkəmə nəzarəti” altında olacaq.
Sabiq prezidentin sabiq prezidentin Fransanı tərk etməsi qadağan edilib. Onun Fransa Ədliyyə Nazirliyinin rəsmi şəxsləri ilə görüşü də qadağan ediləcək.
Sabiq Fransa prezidentinin vəkilinin dediyinə görə, Sarkozinin həbsdən azad edilməsi yalnız ilk addımdır və müdafiə tərəfi Fransanın sabiq lideri barəsində çıxarılan hökmün apellyasiya məhkəməsində etirazını irəli sürməyi planlaşdırır.