Nikoloz Samxaradze Yaponiya parlamentinin üzvləri ilə görüşüb
Nikoloz Samxaradze Yaponiya parlamentinin üzvləri ilə görüşüb

Xarici əlaqələr komitəsinin sədri və Yaponiya parlamenti ilə dostluq qrupunun rəhbəri Nikoloz Samxaradze İqtisadi siyasət komitəsi sədrinin birinci müavini İrakli Mezurnişvili ilə birlikdə Yaponiya Nümayəndələr Palatasının üzvləri Karen Makişima və Hideto Kavasaki ilə görüşüb. Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayır.

Onların məlumatına görə, tərəflər parlament əməkdaşlığının gücləndirilməsi və və gələn il planlaşdırılan səfərlərin qarşılıqlı mübadiləsinin əhəmiyyəti barədə danışıb.

“Görüşdə Gürcüstan və Yaponiya arasında əməkdaşlıq və bu istiqamətdə nəzərdə tutulan konkret layihələr müzakirə edilib, Yaponiyanın böyük təcrübəyə malik olduğu təbii fəlakətlərə reaksiya mexanizminin yaradılması və onların qarşısının alınması məsələləri müzakirə olunub.

Görüş zamanı həmçinin kibertəhlükəsizlik sahəsində Gürcüstan və Yaponya arasında əməkdaşlıq barədə də danışılıb.

Tərəflər iki ölkə arasında gələcək münasibətlər mövzusunda danışarkən Yaponiyanın və Gürcüstanın Tskaltubo və Hakone şəhərləri arasında dostluq perspektivini müzakirə ediblər. Hər iki şəhərin müalicəvi suları ilə tanınan görkəmli kurortlar olduğu qeyd edilib.

“Parlamentdə keçirilən görüşdə Gürcüstan parlamentinin Dostluq Qrupunun üzvləri olan Yaponiya Nümayəndələr Palatasının üzvü Karen Makişima və Yaponiya Nümayəndələr Palatasının üzvü, eyni zamanda parlamentin rəqəmsal transformasiya üzrə vitse-naziri Hideto Kavasaki iştirak ediblər.

Görüşdə Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri İşizdzuka Hideki də iştirak edib”, – parlamentin mətbuat xidmətinin məlumatında qeyd edilib.