Nikoloz Samxaradze Polşanın diplomatik missiyasının rəhbəri ilə görüşüb
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Polşanın diplomatik missiyasının rəhbəri Artur Qebal ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüş çərçivəsində tərəflər Gürcüstan və Polşa arasında mövcud ikitərəfli əlaqələri və əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Onların məlumatına görə, regional təhlükəsizlik məsələlərinə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə, Ermənistan və Azərbaycan arasında mövcud vəziyyətə və Yaxın Şərqdəki cari hadisələrə xüsusi diqqət yetirilib.
“Nikoloz Samxaradze polşalı diplomatla daxili siyasi prosesləri, Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını, Gürcüstanın işğal olunmuş bölgələrindəki çətin vəziyyəti və işğaldan yaranan təhlükələr barədə danışıb”, – deyə parlamentin mətbuat xidmətinin məlumatında deyilib.