Nikoloz Samxaradze – Ölkəmizə yönəlik coğrafi cəhətdən uzaq olan ölkələrdən çoxlu müsbət mesajlar eşitdik, namizəd ölkələrlə isə təcrübə mübadiləsi apardıq
Ölkəmizə yönəlik coğrafi cəhətdən uzaq olan ölkələrdən çoxlu müsbət mesajlar eşitdik, namizəd ölkələrlə isə təcrübə mübadiləsi apardıq”, – bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.
Onun dediyinə görə, gürcü nümayəndə heyəti Avropa İttifaqına üzv ölkələrə Gürcüstanda baş verənlər, Avropa İttifaqı bürokratiyasının bu gün tətbiq etdiyi yanaşmaların nə qədər yanlış və ədalətsiz ola biləcəyi barədə məlumat verib.
“Ölkəmizə yönəlik coğrafi cəhətdən uzaq olan ölkələrdən çoxlu müsbət mesajlar eşitdik, namizəd ölkələrlə isə, məsələn, Albaniya və Monteneqro ilə, prosesin necə getdiyi barədə təcrübə mübadiləsi apardıq. Gürcüstanda baş verənlər, bu gün Avropa İttifaqı bürokratiyasının bu gün tətbiq etdiyi yanaşmaların nə qədər yanlış və ədalətsiz ola biləcəyi və bütün bunları düzəltmək üçün nə etmək lazım olduğu barədə Avropa İttifaqına üzv ölkələrə məlumat verdik. Bu konfransdan maksimum dərəcədə səmərəli şəkildə istifadə etdik. Parlament diplomatiyasının nəticələrini daha da aydın şəkildə görəcəyik”, – Nikoloz Samxaradze bildirib.