Nikoloz Samxaradze Malayziya Parlamentinin yuxarı Palatasının vitse-prezidenti ilə görüşüb
Nikoloz Samxaradze Malayziya Parlamentinin yuxarı Palatasının vitse-prezidenti ilə görüşüb

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Malayziya Parlamentinin yuxarı Palatasının vitse-prezidenti Datuk Nur Cazlan Bin Tar Sri Muhamed ilə görüşüb.

Görüşdə Gürcüstan və Malayziya arasında mövcud əlaqələr, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müzakirə edilib.

Tərəflər parlamentlərarası əlaqələr, ticarət-iqtisadi, təhsil və turizm sahələrində əməkdaşlıqdan danışıblar. Malayziyada Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqinin mümkünlüyü vurğulanıb.

Nikoloz Samxaradze həmkarlarını regional təhlükəsizlik mühiti, Gürcüstanın işğal olunmuş bölgələrindəki vəziyyət, ölkənin xarici siyasi prioritetləri və planlaşdırılan parlament seçkiləri barədə məlumat verib.

İclasda mədəniyyət komitəsi sədrinin birinci müavini, xarici əlaqələr komitəsinin üzvü İrakli Mezurnişvili iştirak edib.

Məlumatı Gürcüstan Parlamentinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Departamenti yayır.