Nikoloz Samxaradze Birləşmiş Krallığın Xarici, Dostluq və İnkişaf İşləri Nazirliyinin nümayəndəsi ilə görüşdü
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstanda səfərdə olan Birləşmiş Krallığın Xarici İşlər, Dostluq və İnkişaf İşləri Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru Kris Allan ilə görüşdü. Bu barədə Gürcüstan parlamenti məlumat yayır.
Agentliyin məlumatına əsasən, görüşdə Gürcüstan və Böyük Britaniya arasında mövcud əməkdaşlıq və parlament səviyyəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə etdilər.
Nikoloz Samxaradze britaniyalı qonağa ölkənin xarici siyasəti, Avropa İttifaqına inteqrasiya, işğal olunmuş Abxaziya və Sxinvali bölgəsindəki vəziyyət, daxili siyasət və seçkiöncəsi proseslər barədə məlumat verdi. Tərəflər həmçinin regional təhlükəsizlik mühitini və mövcud çağırışları nəzərdən keçirdilər. Görüşdə Xarici Əlaqələr Komitəsi sədrinin birinci müavini Mariam Laşxi və Birləşmiş Krallığın Gürcüstandakı səfiri Qaret Uord iştirak edirdilər”, – deyə parlament tərəfindən yayılan məlumatda deyilib.