Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Avstraliyanın Gürcüstandakı səfiri Mayls Robert Armitajla (iqamətgahı Ankarada) görüşüb.
Görüşdə Gürcüstan və Avstraliya arasında mövcud əlaqələr və parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub. İki ölkə arasında səfərlərin aktivasiyasının vacibliyi vurğulanıb.
Nikoloz Samxaradze Avstraliyanın Gürcüstanın Sakit Okean bölgəsində mühüm tərəfdaşı olduğunu qeyd edib və Avstraliya tərəfindən bölgədə apardığı tanınmamaq siyasətinə görə səfirə təşəkkür edib.
Tərəflər regional təhlükəsizlik mühiti, Cənubi Qafqaz regionundakı vəziyyət və Gürcüstanın mühüm rolu barədə danışıblar.
Xarici Əlaqələr Komitəsinin sədri ölkənin Avropa İttifaqına inteqrasiya prosesi, işğal olunmuş bölgələrdəki mürəkkəb vəziyyətdən, daxili siyasətdən və hökumətin proqramından danışıb.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.