Nikoloz Samxaradze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb
Xarici Əlaqələr Komitəsinin sədri və Gürcüstan Parlamentinin ATƏT Parlament Assambleyasındakı Daimi Nümayəndə Heyətinin rəhbəri Nikoloz Samxaradze ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Görüşdə ATƏT-in gələcək planları, Avropadakı təhlükəsizlik mühiti və son zamanlar inkişaf edən hadisələr müzakirə olunub.
Tərəflər Gürcüstanın təşkilatın fəaliyyətindəki mühüm və aktiv rolu barədə danışıblar. Görüşdə Gürcüstanın 2027-ci ildə təşkilata sədrlik üçün müraciəti müzakirə olunub.
Nikoloz Samxaradze qeyd edib ki, əgər Gürcüstan sədr ölkə seçilərsə, ATƏT-in fəaliyyəti daha faydalı və səmərəli olacaq.
ATƏT-in baş katibi ilə görüşdə Nikoloz Samxaradze ölkədə davam edən daxili siyasi proseslər və parlament gündəliyi barədə danışıb.
Nikoloz Samxaradze Avstriyanın paytaxtı Vyanada media azadlığı məsələləri üzrə ATƏT nümayəndəsi İan Bratusla görüşüb. Onunla görüşdə əsas söhbət mövzusu media azadlığı ilə bağlı məsələlər olub.
Parlamentin mətbuat xidməti məlumat yayır.