Nikoloz Barataşvili körpüsündə aparılan işlərə görə, avtomaşınların hərəkəti qismən məhdudlaşdırılacaq
Nikoloz Barataşvili körpüsündə aparılan işlərə görə, avtomaşınların hərəkəti qismən məhdudlaşdırılacaq

Nikoloz Barataşvili körpüsündə aparılan işlərə görə, avtomaşınların hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Patrul Polisi Departamenti məlumat verir ki, Tbilisidə, Nokoloz Barataşvili körpüsündə aparılan işlərə görə, körpüdə avtomaşınların hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudiyyət avqustun 23-ü gecə saat 00:00-a qədər davam edəcək”, – bəyanatda deyilir.

DİN-in məlumatına görə, yolun qeyd olunan hissəsində avtomaşınların təhlükəsiz hərəkəti məqsədi ilə, avtomobil hərəkətini Patrul Polisinin ekipajları tənzimləyəcəklər.