Nikol Paşinyanla Vladimer Putin arasında telefon danışığı baş tutub
Nikol Paşinyanla Vladimer Putin arasında telefon danışığı baş tutub

 
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimer Putin arasında telefon danışığı olub-bu barədə “Armenpress” yazır.

Ermənistanın Baş nazirinin mətbuat katibi Nazel Bağdasaryanın dediyi kimi, Ermənistanın Baş naziri Rusiya Prezidenti ilə telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

“Paşinyan və Putin Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, Rusiya-Ermənistan ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub”- Nazel Bağdasaryan bildirib.