Nikol Paşinyan - Türkiyə ilə münasibətlərə sıfırdan başladıq, əslində bu, yeni münasibətlərin qurulması üçün bir imkandır və ölkələrimizin maraqlarından irəli gəlir
Türkiyə ilə münasibətlərə sıfırdan başladıq, əslində bu, yeni münasibətlərin qurulması üçün bir imkandır və ölkələrimizin maraqlarından irəli gəlir”, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin erməni icması ilə görüşündə bildirib.
Paşinyanın dediyinə görə, hazırkı proses əslində 2022-ci ildə Praqada Türkiyə Prezidenti Ərdoğanla keçirilən ilk görüşdən sonra başlayıb. Bu görüşdən sonra Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələrin dialoqu başlayıb və daha sonra xarici işlər nazirləri arasında aktiv təmaslarla davam etdirilib.
“Əvvəlki dövrlə müqayisədə, Türkiyə ilə bizim təmaslarımız indi çox intensivdir. Müzakirələrimiz gələcək hadisələrin inkişafına müəyyən təsir göstərəcək və Ermənistan-Türkiyə münasibətlərinə yeni təkan verəcək. Biz bu əlaqələri Ermənistan və Türkiyə arasında dövlətlərarası münasibətlərə çevirməyə borcluyuq”, – Paşinyan bildirib.