Nikol Paşinyan – “Trampın yolu” layihəsi MDB üçün yeni imkanlar açır
Nikol Paşinyan – “Trampın yolu” layihəsi MDB üçün yeni imkanlar açır

“Trampın yolu” MDB üçün yeni imkanlar açır, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının sammitində bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan “Trampın yolu” layihəsi çərçivəsində ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcək.

Paşinyanın sözlərinə görə, TRIPP (Trampın Yolu – Beynəlxalq Sülh və Rifah üçün) layihəsi Ermənistanı MDB-yə üzv olan Azərbaycanla və digər üzv dövlətlərlə dəmir yolu, həmçinin digər nəqliyyat əlaqələri ilə təmin edəcək.

“Bu, şübhəsiz ki, MDB çərçivəsində iqtisadi əlaqələrin möhkəmlənməsinə və təşkilatın səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək dəyişiklik və şəraitdir”, – Paşinyan bildirib.

Paşinyanın qeyd etdiyi kimi, layihə Birlik ölkələri üçün ixrac və idxal üçün yeni imkanlar açır.

Nikol Paşinyan həmçinin Bakı ilə sülh sazişinin imzalanması barədə danışıb. Onun dediyinə görə, əldə olunan sülh Ermənistanla Azərbaycan arasında gündəmdəki bütün məsələlərin tam həll olunduğu anlamına gəlmir.

“Biz hələ də ikitərəfli ticarət, iqtisadi, siyasi və mədəni əlaqələri qurmalı və humanitar məsələləri həll etməliyik. Uzun illər davam edən düşmənçilik tarixini nəzərə alsaq, bu, asan iş deyil. Lakin əldə olunmuş sülh inam yaradır ki, bu məsələlər tədricən həll olunacaq”, – deyə Ermənistanın baş naziri bildirib.

“Biz hələ də ikitərəfli ticarət-iqtisadi, siyasi, mədəni əlaqələr qurmalı və humanitar məsələləri həll etməliyik. Düşmənçiliyin uzunmüddətli tarixi nəzərə alınarsa, bu, asan iş deyil, lakin əldə olunan sülh ümid verir ki, bu məsələlər tədricən həll olunacaq”, – Ermənistanın baş naziri bildirib.