Nikol Paşinyan Trampın "Sülh Şurası"na dəvətini qəbul etdi
Nikol Paşinyan Trampın "Sülh Şurası"na dəvətini qəbul etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Trampın “Sülh Şurası”na təsisçi üzv kimi qoşulmaq dəvətini qəbul etdi.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi bəyanat yayıb.

“Baş nazir təklifi sevgi və məsuliyyətlə qəbul etdi və Ermənistanın sülhün təşviqi işinə sadiqliyini təsdiqlədi”, – Ermənistan Baş nazirinin mətbuat katibi sosial şəbəkədə yazır.

Hazırkı mövcud məlumata görə, Tramp şuraya dəvətnamələri Argentina, Kanada, Almaniya, Finlandiya, İsrail, Rusiya, Macarıstan və Belarus liderlərinə göndərib.