Nikol Paşinyan - Tezliklə Rusiyaya gedəcəyəm, əlaqələrimizi qoruyub saxlayacağıq
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Ermənistan mediasının məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib və bununla da Yerevanın Moskva ilə əlaqələri qorumaq öhdəliyini bir daha təsdiqləyib.
“Tezliklə Rusiyaya gedəcəyəm. Əlaqələrimizi qoruyub saxlayacağıq”, – deyə Paşinyan Yerevanda vətəndaşlarla görüşü zamanı Rusiya ilə münasibətlər barədə sualı cavablandırarkən bildirib.
Paşinyan əlavə edib ki, Rusiya Ermənistan üçün dost ölkə olaraq qalır.
23 martda Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Tərəflər ikitərəfli gündəliyi müzakirə ediblər və razılığa gəliblər ki, yaxın gələcəkdə, lazım gələrsə, danışıqlar üzbəüz formatda davam etdiriləcək.