Nikol Paşinyan tanınmamış Dağlıq Qarabağın de-fakto prezidenti Bako Saakyan ilə görüşdü
Nikol Paşinyan tanınmamış Dağlıq Qarabağın de-fakto prezidenti Bako Saakyan ilə görüşdü

Ermənistanın baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyan tanınmamış Dağlıq Qarabağa getdi.

Bu barədə məlumatı erməni medya vasitələri yayırlar.

Nikol Paşinyan Stepanakertdə de-fakto prezident Bako Saakyan ilə görüşdü, ancaq görüşün detalları hələlik bilinmir.

Nikol Paşinyan baş nazir vəzivəsini öz istəyi ilə oktyabrın 16-da, növbədənkənar parlament seçkilərinin təyin edilməsi məqsədi ilə istefa etdi.

Noyabrıb 1-də ölkə prezidenti bütün parlamenti azad etdi və seçkilərin tarixi olaraq, dekabrın 9-nu adlandırdı.