Nikol Paşinyan rəsmi olaraq, Ermənistanın baş nazirliyinə namizəd elan edildi
Nikol Paşinyan rəsmi olaraq, Ermənistanın baş nazirliyinə namizəd elan edildi

“Yelk” fraksiyası Nikol Paşinyanı Ermənistanın baş nazirliyinə namizəd olaraq elan etdi.

Bu barədə məlumat “Yelk” fraksiyasının bəyanatında deyilir. 

Bu dəqiqələrdə, Ermənistanda, Respublika meydanında etiraz aksiyası davam edir.

Birazdan Nikol Paşinyan aksiya iştirakçılarına müraciət edəcək.

Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarkisyan, ölkədə keçirilən geniş-miqyaslı etiraz aksiyalarına görə, aprelin 23-də istefa etdi.