Nikol Paşinyan – Mən və hökumətim regionda münaqişə səhifəsini bağlamağa sadiqik, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

13:09, 26.09.2024

 
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və bunu BMT-nin Bakıda keçirilməsi planlaşdırılan iqlim dəyişikliyi konfransına qədər etməyə hazırdır.

Erməni mediasının məlumatında, Nikol Paşinyanın sözügedən bəyanatı BMT-nin Təhlükəsizlik Şurasının təşkil etdiyi müzakirədə çıxışı zamanı verdiyi deyilir.

“Sülh liderliyə və səmimi siyasi cəsarətə ehtiyac duyur. Mən və hökumətim regionumuzda münaqişə səhifəsini bağlamağa və mövcud dinamikanı firavanlıq, sabitlik və sülh naminə əməkdaşlığa çevirməyə sadiqik. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi Bakıya BMT-nin Bakıda keçirilməsi planlaşdırılan iqlim konfransına qədər artıq razılaşdırılmış maddələri imzalamağı təklif edib, bununla da sülh prosesinin irəliləməsi üçün əlverişli şərait yaranacaq” – Nikol Paşinyan bildirib.

Paşinyan, Ermənistanın həm də sərhədlərin delimitasiyası ilə bağlı işi davam etdirməyə hazır olduğunu deyib.

“Ermənistanın regionda ədalətli və uzunmüddətli sülhün əldə edilməsinə yönəlmiş səyinə Birləşmiş Millətlər Təşkilatının güclü və birmənalı dəstəyi son dərəcə vacibdir” – Paşinyan bildirib.

Oxşar