Nikol Paşinyan Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağda 120 min insanın girova çevrildiyini bildirir
Nikol Paşinyan Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağda 120 min insanın girova çevrildiyini bildirir

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağda 120 min insanın girova çevrildiyini bildirir. Paşinyanın qeyd etdiyi kimi, bu dəhlizin bağlanması 2020-ci ilin noyabrında imzalanmış atəşkəs sazişinin pozulmasıdır, çünki sənədə əsasən, dəhlizə Rusiya sülhməramlıları nəzarət edir və Bakı vətəndaşların və yüklərin təhlükəsiz hərəkətini təmin etməlidir.

Cavab olaraq Bakıda Laçın dəhlizinin Azərbaycan ərazisində yerləşən təbii sərvətlər yataqlarının qeyri-qanuni istismarına etiraz edən azərbaycanlı ekoloqlar tərəfindən bağlanıldığını və rus hərbçilərin bu hərəkətlərə cavabı olmadığını bildirirlər.

Söhbət Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarından gedir.

Azərbaycanlı ekoloqlar rus sülhməramlılarının əraziyə getməsini və azərbaycanlı mütəxəssislərin yataqlara buraxılmasını tələb edirlər.

Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeganə yol Laçın dəhlizindən keçir. Dəhlizin bağlanılması dördüncü gündür ki, davam edir.

Moskvada yaranmış vəziyyətdən narahatlıq ifadə olunub. Rusiya Xarici İşlər Nazirliyində vətəndaşların gediş-gəlişinin məhdudlaşdırılmasının qəbuledilməz olduğunun bildiriblər. Moskvada həmçinin rus hərbçilərinə yönəlik təxribatlara da etiraz edilib və rus sülhməramlılarının mandat çərçivəsində səmərəli fəaliyyət göstərdiyini bildiriblər.