Nikol Paşinyan – İsrailin erməni soyqırımını tanımasına reaksiya verməyə ehtiyac görmürük
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbəti zamanı bildirib ki, İsrailin erməni soyqırımını tanıması ilə bağlı hər hansı reaksiya verməyi zəruri hesab etmir.
“Biz reaksiya verilməsi zərurətini görmürük, çünki hesab edirik ki, erməni soyqırımı mövzusunun bir silah kimi istifadə edilməsində iştirak etməmək Ermənistan Respublikasının maraqlarına uyğundur”, – deyə Paşinyan bildirib.
Məlumat üçün bildirək ki, İsrailin xarici işlər naziri Qideon Saarın bildirdiyinə görə, İsrail hökuməti erməni soyqırımının rəsmi şəkildə tanınmasını yekdilliklə dəstəkləyib. Qanun layihəsi Knessetin plenar iclasının gündəliyinə daxil ediləcək və səsverməyə çıxarılacaq.