Nikol Paşinyan işgüzar səfərlə Türkiyəyə gedib
Nikol Paşinyan işgüzar səfərlə Türkiyəyə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. Bu barədə Ermənistan mediası məlumat yayır.

Medianın məlumatına görə, Paşinyanı İstanbul hava limanında xarici işlər nazirinin müavini Beris Ekinci qarşılayıb. Ermənistanın baş naziri həmçinin yerli erməni icmasının üzvləri ilə görüşməyi planlaşdırır, axşam isə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu, Nikol Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Bundan əvvəl Paşinyan 2023-cü ilin martın 3-də Ankarada Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.