Nikol Paşinyan - İranla strateji əməkdaşlıq sazişi danışıqların uğurla başa çatmasından sonra imzalanacaq, konkret müddətlər mövcud deyil
Nikol Paşinyan - İranla strateji əməkdaşlıq sazişi danışıqların uğurla başa çatmasından sonra imzalanacaq, konkret müddətlər mövcud deyil

Ermənistan İranla strateji əməkdaşlıq müqaviləsi üzrə danışıqlar aparır, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Müqavilə danışıqların uğurla başa çatmasından sonra imzalanacaq. Yaz və ya payız, konkret müddətlər mövcud deyil”, – deyə Paşinyan qeyd edib.

Bundan əvvə İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami bildirib ki, bu il Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı İran və Ermənistan arasında strateji əməkdaşlıq haqqında əhatəli sənədin imzalanması planlaşdırılır.