Nikol Paşinyan gələn həftə Rusiyaya səfər edəcək

18:29, 05.07.2026

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək. Rusiya mediasının məlumatına görə, Ermənistan hökumətinin başçısı Yekaterinburq şəhərində keçiriləcək 16-cı “İnnoprom” beynəlxalq sənaye sərgisinin “Sənaye 360: Sərhədsiz istehsalat” adlı plenar iclasında iştirak edəcək. İclasın 6-9 iyul tarixlərinə planlaşdırılır.

Rusiya hökuməti, həmçinin ölkənin Baş naziri Mixail Mişustin ilə Ermənistanın Baş naziri arasında planlaşdırılan danışıqlar barədə bəyan edib.

İyulun 1-də Mişustin və Paşinyan arasında telefon danışığı baş tutub. Deyilənə görə, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.

Bundan əvvəl Ermənistanın Baş naziri Rusiya ilə münasibətlər və Avropa İttifaqı ilə yaxınlaşma barədə danışıb. Siyasətçi vurğulayıb ki, İrəvan öz beynəlxalq tərəfdaşlarının maraqlarına laqeyd yanaşmır.

Oxşar