Nikol Paşinyan Qarabağla bağlı - "Deyirlər ki, torpağı itirdik, amma bu torpaq necə bizim idi? Orada məktəb, bağ və ya zavod inşa etmişikmi? Orada yaşamışıqmı, yaşayış məntəqəmiz olubmu?"
Deyirlər ki, torpağımızı itirdik, bəs bu torpaq necə bizim idi? – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ haqqında danışarkən bildirib.
Paşinyan sözügedən bəyanatı Sünik bölgəsinin Kornidzor kəndində sakinlərlə görüşündə səsləndirib.
“Necə bizim idi? Mənə izah edin, necə bizim idi? İstəmirəm həlak olanların ruhunu təhqir edim, amma deyək ki, bir neçə generalın nəzarəti altında idi və orada buğda əkirdilər, bu idi? Bununla bizim olurdu? Necə bizim idi? Necə? İzah edin, necə? Orada məktəbmi tikdik? Uşaq bağçasımı tikdik? Zavodmu tikdik? Orada yaşayırdıqmı, qəsəbəmiz var idimi? Bizim deyildi”, – deyə Paşinyan qeyd edib.