Nikol Paşinyan - Ermənistan və Gürcüstan arasında əməkdaşlıq regionda ölkələr arasında münasibətlərin necə olmasının praktiki nümunəsidir
Nikol Paşinyan - Ermənistan və Gürcüstan arasında əməkdaşlıq regionda ölkələr arasında münasibətlərin necə olmasının praktiki nümunəsidir

 
Ölkələrimiz arasında əməkdaşlıq regionda ölkələr arasında münasibətlərin necə olmasının praktiki nümunəsidir – bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə keçirilən brifinqdə bildirib.

Ermənistan hökumətinin başçısı səmimi qəbula görə İrakli Kobaxidzeyə təşəkkür edib və qeyd edib ki, Gürcüstanla Ermənistan arasında strateji tərəfdaşlıq sazişi qarşılıqlı maraqlara əsaslanan həyat qabiliyyətli mexanizmdir.

“Bir daha dost ölkədə, Gürcüstanda olmaqdan şadam. Son dövr ərzində nümayəndə heyətimə göstərilən ənənəvi səmimi qəbula və qonaqpərvərliyə görə çox minnətdaram. Ermənistan və Gürcüstan arasında bütün sahələrdə hərtərəfli əməkdaşlığı genişləndirməyə nail olduq. Bu ilin yanvarında ölkələr arasında əməkdaşlığın daha yüksək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bunun ən yaxşı göstəricisidir. Beləliklə, biz qarşılıqlı maraqlara, eləcə də ümumi prinsiplərə və demokratik dəyərlərə əsaslanan səmərəli təmasların həyat qabiliyyətli mexanizmini yaratmağa nail olduq.

Gürcüstan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qeydsiz-şərtsiz tanıyıb. Bu, Cənubi Qafqazda sabitliyə və uzunmüddətli, davamlı sülhə nail olmaq üçün vacib amillərdən biridir” – Nikol Paşinyan qeyd edib.