Nikol Paşinyan - Ermənistan və ABŞ “Tramp marşrutu” üzrə məsləhətləşmələr keçiriblər
Ermənistan və ABŞ “Trampın marşrutu” ilə bağlı məsləhətləşmələr keçiriblər”, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Strasburqda keçirilən mətbuat konfransında Paşinyana Avropa İttifaqının layihəyə qoşula bilib-bilməyəcəyi ilə bağlı sual verilib.
Ermənistanın Baş naziri bildirib ki, istənilən üçüncü tərəfin layihəyə cəlb olunması üçün Ermənistan və ABŞ-ın razılığı vacibdir.
“Biz istəyirik ki, layihəyə daha çox etibarlı tərəfdaş qoşulsun. Dəqiqlik naminə qeyd edirik ki, məsələ Ermənistan və ABŞ arasında müzakirə olunur. Üçüncü tərəflər yalnız hər iki tərəfin razılığı ilə prosesə qoşula bilərlər”, – Nikol Paşinyan deyib.
“Trampın beynəlxalq sülh və tərəqqi marşrutu” Ermənistan üzərindən keçən əlaqələndirici layihədir və bu, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış Ermənistan-Azərbaycan birgə bəyannaməsində nəzərdə tutulub.