Nikol Paşinyan – Ermənistan tezliklə Avropa İtttifaqına üzvlük üçün rəsmi müraciət təqdim etmə prosesinə başlayacaq

14:17, 24.08.2026

Ermənistan tezliklə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv olmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi ilə bağlı referendumun keçirilməsi Avropa İttifaqına üzvlüklə bağlı müraciətə müvafiq cavab gəldikdən sonra məna kəsb edəcək.

“Bu suallara cavab vermək təkcə prosedur baxımından deyil, həm də referendum zamanı xalqın verdiyi suallara ən azı təxmini cavablarımızın olması üçün vacibdir. Bu sualların cavabları üzərində işləmək üçün Ermənistan əvvəlcə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət təqdim etməlidir. Bu da genişmiqyaslı iş tələb edən bir prosesdir və biz, ehtimal ki, yaxın gələcəkdə bu prosesə başlayacağıq”, – Paşinyan bildirib.

Xarici siyasət və iqtisadiyyatdan danışarkən Paşinyan qeyd edib ki, şaxələndirmə və alternativlərin formalaşdırılması dövlət təhlükəsizliyinin və suverenliyinin qorunması məsələsidir, çünki alternativlərin olmaması digər dövlətlərə Ermənistana istənilən qərarı qəbul etdirmək imkanı verir.

“Müstəqillik, kiçik qruplardan asılılığı bir çoxlarından asılılıqla əvəz etmək deməkdir və neft məhsulları bazarı bu formulun tətbiqinin parlaq bir nümunəsidir. 2024-cü ildən 2026-cı ilə qədər Ermənistan Respublikasına neft məhsulları 20 müxtəlif ölkədən daxil olurdu. Bu, real diversifikasiya, balanslaşdırılmış ölçüb-biçmə və balanslaşdırılmış siyasətdir və bu siyasət bütün iqtisadi sektorlara şamil edilməlidir. Hürmüz boğazındakı böhran və Rusiya Federasiyasında neft məhsullarının tədarükü nəticəsində Ermənistanda benzin böhranı yaranmadı, çünki 2018-ci il inqilabına qədər və ondan əvvəl açıq şəkildə nəzarət edilən neft məhsulları bazarı liberallaşdırıldı və 2025-ci ildə buna Azərbaycandan neft məhsullarının idxalı da əlavə olundu”, – deyə Paşinyan deyib.

Ermənistan mediasının yazdığına görə, mayın 29-da Avrasiya İqtisadi İttifaqının dörd ölkəsi Ermənistanın üzvlük məsələsinə dekabrda baxılacağını bəyan edib. Onlar Ermənistan hakimiyyətini Avropa İttifaqına üzv olmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaq barədə mümkün qədər tez bir zamanda referendum keçirməyə çağırıblar.

Oxşar