Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsini tələb edir

17:44, 29.09.2022

 

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının yerləşdirilməsini tələb edir. Bu barədə o, “Twitter” sosial şəbəkəsində yazıb.

“Azərbaycanın yeni hücumu nəticəsində bu gün Ermənistan ərazisində 3 erməni hərbçi həlak olub. Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına qarşı hücumdur. Azərbaycanın müdaxiləsi qınanılmalı və dayandırılmalıdır. Azərbaycanın hərbi hissələrinin çıxarılması və Azərbaycanın işğalından zərər çəkmiş erməni ərazilərində və sərhədyanı rayonlarda beynəlxalq müşahidə missiyasının yerləşdirilməsi tamamilə zəruridir” -deyə Paşinyan yazır.

Ötən gecə Ermənistan və Azərbaycan sərhəd zonasında silahlı toqquşmalar və insan tələfatı barədə məlumat veriblər.

Qeyd etmək lazımdır ki, Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərdə beynəlxalq missiya yerləşdirməkdən danışıb və bunun regional sabitlik üçün mühüm amil olacağını bildirib.

Oxşar