Nikol Paşinyan – Əgər Alyans Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarmaq qərarına gəlsə, şad olaram, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edərdi

16:33, 24.08.2026

Əgər Alyans Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarmaq qərarına gəlsə, şad olaram, bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edərdi, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentarilərin suallarını cavablandırarkən, hökumətin 2026–2031-ci illər üzrə proqramının müzakirəsi çərçivəsində bildirib.

“Növbəti beş il ərzində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıtmaq niyyətimiz yoxdur. Əminliklə deyə bilərəm ki, KTMT-dəki fəaliyyətimizi aktivləşdirməyəcəyik. Bilirəm ki, təşkilat çərçivəsində müzakirələr gedir və ola bilsin ki, ölkəni xaric etsinlər. Ermənistanın KTMT-dən xaric edilməsinə təşkilatın qərar verəcəyi təqdirdə çox şad olardım. Hər halda, bu bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edərdi”, – deyə Paşinyan qeyd edib.

Ermənistanın Baş naziri həmçinin bildirib ki, İrəvan bütün suallarla təşkilata müraciət etsə də, cavab ala bilməyib, bu səbəbdən də Ermənistanın KTMT-yə olan marağı tamamilə yoxa çıxıb.

“Hökumət proqramında “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı“nda bir dəfə də olsun bəhs edilmir, çünki biz bütün sualları verdik və cavab almadıq. Müvafiq olaraq, KTMT-yə olan marağımız tükənib”, – deyə Ermənistanın Baş naziri qeyd edib.

Oxşar