Nikol Paşinyan - Daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq
Nikol Paşinyan - Daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq

Daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın dediyinə görə, Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir.

Ermənistan hökumətinin başçısı həmçinin qeyd edib ki, region sülh və firavan şəkildə yaşamaq haqqı qazanıb.

“Son illərdə mən işimin əhəmiyyətli hissəsini Ermənistan Respublikası vətəndaşları ilə “real Ermənistan” ideologiyası ilə bağlı müzakirələrə həsr etmişəm. Bu çox vacib bir prosesdir. “Real Ermənistan” ideologiyası tariximizi oxuyub yenidən oxumağın nəticəsidir. “Real Ermənistan” ideologiyası tarixi Ermənistanın bizə göndərdiyi mesajı oxumağın nəticəsidir. O deyir: Mənim yolumla getməyin, ancaq xəyal etdiyimiz ölkədə azadlıq, xoşbəxtlik və firavanlıq qurmağa diqqət edin. Bu gün belə bir imkanımız var və bundan istifadə etməyə məcburuq. Bu gün bizim regionumuzun dinc və firavan gələcəyinin yaradılmasına töhfə vermək imkanımız var”, – deyə Nikol Paşinyan bildirib.