Nikol Paşinyan – biz beynəlxalq diplomatik mexanizmlərin dünya nizamını tanımırıq, çünki biz dövlət deyildik, oyunların mövzusu idik
Biz beynəlxalq diplomatik mexanizmlərin dünya düzəni ilə tanış deyilik, çünki biz dövlət deyildik, oyunların mövzusu idik”, – bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.
“Bizə həmişə elə gəlirdi ki, haradasa xeyirxah və şər qüvvələr var və biz yaxşılarla dost olsaydıq, qalib gələrdik. Heç kim yaxşı və ya pis deyil, hər kəsin öz vətəndaşlarına qarşı humanizm problemi var və birinci problem budur”, – Ermənistan hökumətinin başçısı qeyd edib.
Nikol Paşinyanın söylədiyinə görə, Ermənistan hökuməti balanslaşdırılmış xarici siyasət yürüdür və təhlükəsizliyin təminatlarından biri sülh və qonşularla normal münasibətlərdir.
“3+3 formatında iştirakımızla bağlı məsələ həll olunanda və iştirak etməyi qərara alanda bu qərar ciddi tənqidlərə məruz qaldı, ama indi deyə bilərəm ki, çox düzgün qərar idi. Bu, bizim xarici siyasətimizin regional ölçüsünü vurğulayır. Bizim İranla münasibətimiz normaldır və siyasi qərarın nəticəsi deyil. Eyni sözləri Gürcüstanla münasibətlər haqqında da demək olar. Bizim siyasətimiz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına yönəlib. Müstəqilliyimiz dövründə biz bütün xarici siyasi yükü əsgərlərin çiyninə yerləşdirmişiq. Belə olmur. Biz təhlükəsizliyimizi təkcə əsgər və ordu ilə deyil, həm də siyasətimizlə, iqtisadiyyatımızla, sosial psixologiyamızla, yanaşmalarımızla, təxribatlara boyun əyib-təslim olmamağımızla təmin etməliyik”, – Nikol Paşinyan bildirib.
Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Qarabağ məsələsi Ermənistanın boynuna qandal şəklində bağlanıb və ondan bir çox ölkə istifadə edirdi.