Nikol Paşinyan - Biz Ərdoğanla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini, regional hadisələri müzakirə etdik. Ermənistan regionda sülhün və sabitliyin təmin edilməsinə sadiq qalır
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinin və regional hadisələrin müzakirə edildiyini bildirib.
Bu barədə Paşinyan X sosial şəbəkəsində yazıb.
“İstanbulda prezident Ərdoğanla ətraflı danışıqlar apardım. Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini, regional hadisələri və davamlı dialoqun vacibliyini müzakirə etdik. Ermənistan regionumuzda sülh və sabitliyin bərqərar olmasına sadiq qalır”, – Nikol Paşinyan yazır.
Nikol Paşinyan Türkiyədə ilk işgüzar səfərdə olub.