Nikol Paşinyan beynəlxalq forum çərçivəsində Vladimir Putinlə görüşəcək
Nikol Paşinyan beynəlxalq forum çərçivəsində Vladimir Putinlə görüşəcək

Rusiya prezidenti Vladimir Putin 25 sentyabr tarixində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Ermənistan mediası məlumat yayır.

Ermənistanın baş naziri Moskvada keçirilən Qlobal Nüvə Forumunda iştirak edir.

Forumda Rusiya prezidenti ilə yanaşı, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanmar Respublikasının prezidentinin səlahiyyətlərini icra edən Min Aun Hlainq, Ermənistanın baş naziri Nikol Paşinyan, Efiopiya baş naziri Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi, həmçinin, İran, Özbəkistan, Misir, Niger və bəzi ixtisaslaşmış təşkilatların nümayəndələri iştirak edirlər.