Nikol Paşinyan – Azərbaycanın təcavüzü nəticəsində erməni tərəfindən 105 nəfər həlak olub
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı Azərbaycanın təcavüzü nəticəsində erməni tərəfindən 105 nəfərin həlak olduğunu bildirib.
Dünən Ermənistanın baş naziri Azərbaycanla son münaqişə nəticəsində 49 erməni hərbçisinin həlak olduğunu açıqlamışdı.
Azərbaycan və Ermənistan tərəfləri arasında toqquşmalar sentyabrın 13-də başlayıb. Hər iki tərəf bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham edir.