Nika Qvaramia - Seçkilərin boykot edilməsinin əsas səbəbi kimi siyasi məhbusların azadlığa buraxılması tələbinin göstərilməsi düzgün deyil, İvanişvili məhbusları azad edəcək və bizi ölkəni məhvə aparan, əvvəlcədən saxtalaşdırılmış seçkilərə sürükləyəcək
Özünüidarəetmə seçkilərinin boykot edilməsinin əsas səbəbi kimi siyasi məhbusların azadlığa buraxılması tələbinin göstərilməsi düzgün deyil. Başa düşürəm ki, bu, açıq yara kimidir və insani baxımdan ən dözülməz məsələdir, lakin nə praqmatik, nə də dəyərlər baxımından bu arqumentin əsas arqumentə çevrilməsi doğru deyil, – bu barədə “Yeni” Partiyasının liderlərindən biri Nika Qvaramia sosial şəbəkədə yazır.
Qvaramianın qeyd etdiyi kimi, dəyər baxımından özünüidarətmə seçkilərində iştirak etmək vətənin maraqlarına xələl gətirir.
“Praqmatik baxımdan, siyasi məhbusların azadlığa buraxılması əsas prioritet kimi ön plana çıxan kimi, məhz bunu yerinə yetirəcək İvanişvili: məhbusları azad edəcək və bizi ölkəni məhvə aparan, əvvəlcədən saxtalaşdırılmış seçkilərə sürükləyəcək. O, bu seçkilərdə də qalib gələcək, Geriyə dönük olaraq parlament seçkilərini də “haqlı çıxaracaq” və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə legitimlik qazanacaq.
Yeni parlament seçkiləri – yeni administrasiya və ədalətli oyun qaydaları ilə.
Siyasi məhbusların azad edilməsi.
Saxtalaşdırılmış parlament seçkilərindən sonra qəbul olunmuş antidemokratik qanunların ləğvi”, – Nika Qvaramia yazır.