Nika Qvaramia barəsində təyin edilmiş girov həbs-qətimkan tədbiri ilə əvəz olundu
Nika Qvaramia barəsində təyin edilmiş girov həbs-qətimkan tədbiri ilə əvəz olundu

“Dəyişiklik Naminə Koalisiyası”nın lideri Nika Qvaramia barəsində təyin edilmiş girov həbs-qətimkan tədbiri ilə əvəz olundu. Qərar Tbilisi Şəhər Məhkəməsinin hakimi Cvebe Naçğebia tərəfindən qəbul edilib. Həbs-qətimkan tədbirinin dəyişdirilməsinin səbəbi girovun ödənilməməsi oldu.

Nika Qvaramia məhkəmə zalında olmayıb və proses başlamazdan əvvəl bildirirdi ki, Rustavidə yerləşən penitensiar müəssisəyə özü gedəcək.

Məlumat üçün bildirək ki, Nika Qvaramia parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyi üçün onun barəsində qətimkan tədbiri kimi 30 000 lari girov təyin edib. Nika Qvaramia girov pulunu ödəməyəcəyini bildirirdi. Girovun ödəmək müddəti 7 iyun tarixində başa çatdı.