Nigeriyada islamçı döyüşçülərin hücumu nəticəsində azı 17 polis əməkdaşı həlak olub
Nigeriyada islamçı döyüşçülərin hücumu nəticəsində azı 17 polis əməkdaşı həlak olub

Nigeriyanın şimal-şərqindəki Yobe ştatında islamçı döyüşçülərin hücumu nəticəsində azı 17 polis əməkdaşı həlak olub.

“Reuters” agentliyinin məlumatına görə, hücumun hədəfi polis məmurlarının təlim keçdiyi hərbi məktəb olub.

“Müəssisədə ixtisaslaşmış əməliyyat hazırlığı keçən zabitlər döyüşçülərin obyektə müxtəlif istiqamətlərdən koordinasiyalı hücumu zamanı həlak olublar”, – Nigeriya polisinin nümayəndəsi Entoni Okon Plasid bildirib.

Məlumat üçün bildirək ki, Nigeriya təxminən iyirmi ildir ölkənin şimal-şərqində islamçı üsyanla mübarizə aparır. “Boko Haram” qruplaşması yaşayış məntəqələrinə tez-tez hücumlar təşkil edir.