Nigeriya hakimiyyətinin məlumatına görə, cari həftə Nigeriya əsgərləri insan qaçırma və mal-qara oğurluğu ilə məşğul olan qruplaşmanın 300-dən çox üzvünü məhv ediblər
Nigeriya hakimiyyətinin bildirdiyinə görə, cari həftə Nigeriya əsgərləri Zamfara ştatının şimal-qərb hissəsində insan qaçırma və mal-qara oğurluğu ilə məşğul olan qruplaşmanın 300-dən çox üzvünü məhv ediblər.
Onların məlumatına görə, hökumət qoşunları iki günlük əməliyyat zamanı Qumi rayonunda onların obyektlərini bombalayıblar.
Zamfara yerli hakimiyyətinin qeyd etdiyi kimi, əməliyyat ştatda asayişin bərpası uğrunda mübarizədə mühüm dönüş nöqtəsi olub.
“The Guardian” yazır ki, mal-qara tacirləri və cihadçılardan ibarət dəstələr Nigeriyanın şimal və mərkəzi icmalarına tez-tez hücumlar təşkil edir, fermerlərin torpaqlarını qarət edir, mal-qaranı oğurlayır və fidyə almaq məqsədilə insanları qaçırırlar. Bununla yanaşı, onlar fermerlərə vergi ödəməyəcəkləri təqdirdə öz torpaqlarına daxil olmağı qadağan edirlər.