Niderlandın müdafiə naziri, Ukraynanın Niderland tərəfindən verilmiş silahdan Rusiya ərazisində istifadə edə biləcəyini bildirir
Ukrayna Niderland tərəfindən verilmiş silahdan Rusiya ərazisində istifadə edə bilər. Bu haqda Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib.
“Ukraynanın verdiyimiz silahdan beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə üçün Rusiya ərazisində istifadə etmək hüququ var” – Brekelmans bildirib.
Onun sözlərinə görə, icazə F-16 tipli qırıcı təyyarələrə da aiddir.
“Müdafiə hüququna malik olan Ukrayna sərhədyanı bölgələrdən və ya rus aerodromlarından hücuma məruz qalacağı təqdirdə hərbi hədəfləri vura bilər. Eyni şey düşmənin raketlərinə də aiddir – onları bizim tədarük etdiyimiz silahla Rusiya üzərində vura bilərlər. İcazə F-16 tipli qırıcı təyyarələrə da aiddir” – Niderlandın müdafiə naziri qeyd edib.